...

COP29-la bağlı daha iki məkanda məlumatverici işarələr yerləşdiriləcək

Cəmiyyət Materials 25 Oktyabr 2024 15:08 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hava limanı və Koroğlu metrostansiyası ərazisində də COP29-la bağlı müəyyən istiqamətverici və məlumatverici işarələr yerləşdiriləcək.

Trend-in məlumatına görə, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə müsahibəsində deyib.

O, COP29-la bağlı müəyyən marşrutlar üzrə xüsusi avtobusların hərəkət edəcəyini xatırladıb və bildirib ki, həmin avtobusların dayanacaqlarının ziyarətçilər tərəfindən tapılması, eyni zamanda həmin məkanlardan hotellərə istiqamət alması üçün müvəqqəti istiqamətverici işarələrin yerləşdirilməsi nəzərdə tutulub.

"Əlavə olaraq da hava limanı ərazisində və Koroğlu metrostansiyası ərazisində də müəyyən istiqamətverici və məlumatverici işarələr yerləşdiriləcək. Bunlar bilavasitə ziyarətçilərin axtardığı məkana daha rahat və tez şəkildə tapmalarına şərait yaradacaq", - deyə İ.Cavadov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti