Bakı. Trend:
Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisinin idmançısı da medal görüşünə çıxıb.
Jalə Əliyeva finalda çempionluq uğrunda güləşib.
U-23 dünya çempionatı
Qadın güləşi
57 kq
Jalə Əliyeva dünya çempionatında titula yiyələnmək üçün mübarizə
aparıb. O, finalda yaponiyalı Ruka Natami ilə münasibətinə aydınlıq
gətirib. Ötənilki mundialın finalında bu rəqibə uduzan Jalə həm
revanş alıb, həm də dünya çempionu tituluna sahib çıxıb. Gərgin
keçən görüşü Əliyeva 10:8 hesabı üstün bitirib.
Qeyd edək ki, millinin digər qadın güləşçiləri mübarizəni erkən dayandırıblar.