...

Prezident İlham Əliyev Belarusla imzalanmış iki protokolu təsdiqləyib

Siyasət Materials 25 Oktyabr 2024 16:12 (UTC +04:00)
Prezident İlham Əliyev Belarusla imzalanmış iki protokolu təsdiqləyib

Bakı. Trend:

Prezident İlham Əliyev Belarusla imzalanmış iki protokolu təsdiqləyib.

Trend xəbər verir ki, müvafiq sənədlərlə 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol” və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol” təsdiq edilib.

Qeyd edək ki, Sazişlərin hazırlanmasında əsas məqsəd iki ölkə arasında heyvan sağlamlığı, baytarlıq nəzarəti, xəstəliklərin profilaktikası və müalicəsi sahəsində, habelə bitki sağlamlığı, zərərverici orqanizmlərin və bitki xəstəliklərinin yayılmasının qarşısının alınması, elmi-tədqiqat işlərinin təşviqi, birgə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Hazırkı protokollar bu sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məqsədi ilə Sazişlərə müəyyən dəyişikliklərin edilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan qismində təyin olunur. Sazişlərə bəzi anlayışların əlavə edilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti