Bakı. Trend:
Portuqaliyanın paytaxtı Lissabonun kənar məhəllələrində başlayan iğtişaşlar üçüncü gecədir davam edir.
Trend-in məlumatına görə, Portuqaliyanın keçmiş müstəmləkəsi Kabo-Verdedən olan 20 yaşlı miqrantın polis reydi zamanı ölməsi güc strukturları ilə qarşıdurma ilə nəticələnib. Hökumət nümayəndələri isə asayişin nəyin bahasına olursa olsun təmin ediləcəyini bildirib.
Qarşıdurma zamanı 3 nəfər xəsarət alıb, 11 nəfər saxlanılıb.
Rəsmi məlumata görə 43 yaşlı Odair Moniz polisə soyuq silahla hücum etdiyi üçün zərərsizləşdirilib. Lakin Portuqaliya mətbuatı məlumatın mötəbərliyinə şübhə ilə yanaşır.