...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Gündəm Materials 25 Oktyabr 2024 12:06 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp” yeni funksiya üzərində işləyir.

Trend-in məlumatına görə, “Meta” “Instagram”da mövcud olan hekayəyə musiqi əlavə etmə xüsusiyyətini “WhatsApp”da da istifadəyə verməyə hazırlaşır.

Bu xüsusiyyət sayəsində istifadəçilər foto və ya video status paylaşımında mahnılardan istifadə edə biləcəklər.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti