Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatının danışıqlar qrupu cümə axşamı Qahirədə Misir vasitəçiləri ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.
Məlumata əsasən, əsas mövzu Qəzza zolağında atəşkəsə nail olmaq üçün maneələrin aradan qaldırılması olub.
Bildirilib ki, Fələstin nümayəndə heyətinə HƏMAS-ın Qəzza zolağındakı lideri Cəlil əl-Həyya başçılıq edib. O, Misir kəşfiyyatının yeni rəhbəri Həsən Mahmud Rəşad ilə əsirlərin mübadiləsi və atəşkəs haqqında sazişin detallarını müzakirə edib.