...

"Apple" yeni təqdimat edəcək - Vaxt açıqlandı

Gündəm Materials 25 Oktyabr 2024 13:05 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Apple”ın marketinq rəhbəri Greg Joswiak yeni kompüterlərin elanlarını açıqlayıb.

Trend xəbər verir ki, “X” sosial şəbəkəsindəki səhifəsində o bildirib ki, gələn həftə şirkət bir neçə yeni məhsul təqdim edəcək.

G.Joswiak-ın sözlərinə görə, ilk elan bazar ertəsi günü olacaq:

“Bizi bazar ertəsi səhərindən başlayaraq, həyəcanverici elanlar həftəsi gözləyir. İzləmədə qalın".

G.Joswiak tərəfindən yerləşdirilən tizerə “Mac” haqqında xatırlatma və “Apple” loqotipinə çevrilən “macOS Finder” ikonasının qısa klipi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti