Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı Rusiya, Əlcəzair və Çinə müraciət edərək Qəzza zolağında vəziyyətin nizamlanmasında və İsraillə atəşkəslə bağlı razılığın əldə olunmasında yardım istəyib.
Trend-in məlumatına görə, bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü Usama Həmdan deyib.
"Biz Rusiya, Çin və Əlcəzairdən [İsrailin] Qəzzaya təcavüzünü dayandırmaq üçün səy göstərmələrini xahiş etdik", - deyə o bildirib.
O qeyd edib ki, “vasitəçilər [İsraillə danışıqlarda] hərəkata dialoqun irəliləməsi üçün imkanların olduğunu bildiriblər”. Bununla belə, Həmdan əlavə edib ki, Həmas “mövqeyini dəyişməyib”.