...

“Wyndham Garden Baku” hoteli bu gün 2 yaşını qeyd edir

Cəmiyyət Materials 25 Oktyabr 2024 09:00 (UTC +04:00)
“Wyndham Garden Baku” hoteli bu gün 2 yaşını qeyd edir

Bakı. Trend:

Ölkəmizdə fəaliyyət göstərən “Wyndham Garden Baku” hoteli bu gün 2 yaşını qeyd edir. Turistlərin rahatlığını düşünərək onlar üçün hər cür şərait yaradan “Wyndham Garden Baku” hoteli 25 oktyabr 2022-ci ildən fəaliyyət göstərir. Hotelin rəsmi açılış mərasimi 27 yanvar 2023-cü ildə baş tutub.

Hotel, ümumi 88 otaq, konfrans, 15 nəfərlik iclas zalı, banket zalları, bura daxildir Xan Çinar zalı 100-160 nəfərlik, Şam zalı 40-60 nəfərlik, restoran, SPA və Fitness xidmətlərini qonaqlara təklif edir. Ən əsası isə hava limanından və şəhər mərkəzindən cəmi 15 dəqiqə məsafədə yerləşən “Wyndham Garden Baku” hotelində, qonaqların rahatlığını nəzərə alaraq xüsusi transfer xidməti fəaliyyət göstərir. “Wyndham Garden Baku” hotelində 100 nəfərə yaxın peşəkar və gülərüz personal çalışır.

“Wyndham Garden Baku”hoteli müxtəlif tədbirlərin, əlamətdar günlərin, banketlərin və şənliklərin keçirilməsinə tam uyğundur.

Hoteldəki “Magnolia”restoranının təcrübəli aşpazları tərəfindən hazırlanan milli və xarici təamlar, öz dadı ilə sizi məftun edəcək.

Bundan başqa hotelin tərkibində fəaliyyət göstərən Olive SPA & Wellness” mərkəzi, qonaqların asudə vaxtının həm maraqlı, həm də faydalı keçirməsi üçün nəzərdə tutulub. Burada 25 m uzunluğunda hovuz, kardio və fitness zalları, fin və rus saunaları (bura daxildir kisə, köpüklü masaj və bədən skrabı xidmətləri) və türk hamamı, çoxsaylı masaj və müalicə otaqları qonaqların tam ixtiyarına verilib. Həmçinin “Vitamin Bar” ilə idman zalı, fitnes xidmətləri də var ki, siz peşəkar təlimçilərlə istədiyiniz bədən formasına sahib ola bilərsiz.

Qeyd edək ki, “Wyndham Garden Baku” hoteli Azpetrol şirkətinə məxsusdur.

“Wyndham Garden Baku” hoteli ilin bütün fəsillərində qonaqlara yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır.

Xəbər lenti

Xəbər lenti