...

AMB nümayəndə heyəti Seçki Qrupunun növbəti toplantısında iştirak edib

İqtisadiyyat Materials 25 Oktyabr 2024 18:49 (UTC +04:00)
AMB nümayəndə heyəti Seçki Qrupunun növbəti toplantısında iştirak edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın da daxil olduğu Seçki Qrupunun növbəti toplantısında iştirak edib.

Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov X sosial şəbəkəsindəki hesabında bildirib.

“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın da daxil olduğu Seçki Qrupunun növbəti toplantısında iştirak etdik. Toplantıda Seçki Qrupunda təmsil olunan ölkələrdə makroiqtisadi inkişaf tendensiyaları, maliyyə inklüzivliyinin artırılması məsələləri və qlobal maliyyə gündəliyində duran digər mühüm mövzular ətrafında müzakirələr aparıldı.

Görüşdə həmçinin Seçki Qrupuna üzv ölkələr arasında əməkdaşlıq perspektivləri də müzakirə olundu”, - deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti