...

PSJ Mbappeyə 55 milyon avro ödəməli olacaq

İdman Materials 25 Oktyabr 2024 13:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Peşəkar Futbol Liqasının (LFP) Apellyasiya Məhkəməsi PSJ klubunun keçmiş hücumçusu Kilian Mbappeyə olan borcu ilə bağlı hökm çıxaracaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Paris təmsilçisinin 26 yaşlı forvarda 55 milyon avro borcu var. Bu məbləğə ödənilməmiş əməkhaqqı və mükafatlar daxildir.

Fransa təmsilçisinin məhkəmədə futbolçuya uduzacağı gözlənilir.

Qeyd edək ki, Kilian Mbappe bu ilin yayında PSJ-dən ayrılaraq İspaniyanın “Real Madrid” komandası ilə 5 illik müqavilə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti