...

Hindistanda fırtına səbəbindən təxliyə olunanların sayı 600 min nəfərə çatıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2024 21:00 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın şərqində “Dana” tropik fırtınası səbəbindən təxminən 600 min nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Trend xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti (HMD) məlumat yayıb.

Bildirilib ki, “Dana” tropik fırtınasının sürəti saatda 120 kilometrə çatıb.

Güclü yağış və fırtına ağacların kökündən qopmasına, selə və təxliyə prosesinin aparılmasına səbəb olub.

HMD-nin suyun səviyyəsinin təxminən bir metr yüksəlməsi səbəbindən alçaq ərazilərin su altında qala biləcəyini bildirməsi ilə bölgədə yüksək hazırlıq elan edilib.

Qeyd edək ki, ötən il ölkədə baş verən fırtınalar səbəbindən 523 nəfər həyatını itirmiş, 2,5 milyard dollar dəyərində ziyan dəymişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti