...

Kurtua "El Klassiko"da oynamayacaq

İdman Materials 25 Oktyabr 2024 07:38 (UTC +04:00)

Bakı. Trend:

"Real"ın qapıçısı Tibo Kurtua "El Klassiko"da iştirak etməyəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, belçikalı qolkiper zədədən əziyyət çəkir.

Çempionlar Liqasının 3-cü turunda "Borussiya" (Dortmund) ilə görüşdə zədələnən Tibo 3-4 həftə qapını qoruya bilməyəcək. Bu mövsümdə 12 oyunda forma geyinən Kurtua bunların 4-də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması İspaniya La Liqasının 11-ci turu çərçivəsində oktyabrın 26-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti