...

Ağdamın Quzanlı qəsəbəsində fərdi yaşayış evlərinin təmirinə başlanılır

İqtisadiyyat Materials 25 Oktyabr 2024 12:17 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonun Quzanlı qəsəbəsində daş evlər adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmiri işləri həyata keçiriləcək.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyəti (RİH) tender elan edib və qalib "FEB-222 TİXS" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

RİH qalib şirkətlə 164 min 436,54 manat dəyərində müqavilə bağlayıb.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi mühəndis İlkin Aslanovdur. Əlaqə vasitəsi isə belədir: [email protected]; 0263250006

Məqalədə:
Xəbər lenti

Xəbər lenti