...

Polşa Serbiyanın Aİ-yə daxil olmaq istəyini dəstəkləyir

Dünya xəbərləri Materials 25 Oktyabr 2024 01:10 (UTC +04:00)

Bakı. Trend:

Polşa Serbiyanın Avropa İttifaqına yaxınlaşmaq istəyini dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə Polşa hökumətinin başçısı Donald Tusk Belqradda bildirib.

"Serbiya olmadan tam Avropa İttifaqı yoxdur", - deyə qeyd olunub.

O, regional əməkdaşlığı və "Açıq Balkanlar" təşəbbüsünü dəstəklədiyini vurğulayaraq, Serbiya ilə əlaqələrin əhəmiyyətini qeyd edib.

"Polşa tezliklə Aİ-yə sədrlik edəcək, Serbiya ilə sıx əməkdaşlıq mənim prioritetim olacaq", - deyə Polşanın baş naziri qeyd edib.

Serbiya prezidenti Aleksandr Vuçiç öz növbəsində Tusk ilə görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, Serbiya ilə Aİ arasında daha da yaxınlaşma, həmçinin Kosovodakı vəziyyəti müzakirə etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti