...

Qaxda dələduzluq edən şəxs saxlanılıb

Hadisə Materials 25 Oktyabr 2024 09:34 (UTC +04:00)
Qaxda dələduzluq edən şəxs saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 38 yaşlı Ədalət Abdullayev saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Ə.Abdullayev zərərçəkənlərin etibarından sui-istifadə edərək onları işə düzəltmək, əlilliklə bağlı ev və avtomobil almaqda köməklik göstərmək kimi vədlərlə aldadıb. Bu kimi dələduzluq əməlləri ilə Ə.Abdullayev vətəndaşların 32 min manat pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

"Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər",- qurumdan bildirilib.

Xəbər lenti

Xəbər lenti