...

“Sumqayıt” özbək futbolçu ilə müqavilə imzalayıb

İdman Materials 25 Oktyabr 2024 14:43 (UTC +04:00)
“Sumqayıt” özbək futbolçu ilə müqavilə imzalayıb

Bakı. Trend:

“Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, klub son olaraq Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” klubunda çıxış etmiş Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

22 yaşlı yarımmüdafiəçi “Sumqayıt” FK-nın heyətində 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Paris-2024” Olimpiadasının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.

Xəbər lenti

Xəbər lenti