...

Şollar su kəmərinin mühafizəsi ilə bağlı işlərə başlanılır – 3,3 milyonluq layihə

İqtisadiyyat Materials 25 Oktyabr 2024 17:12 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Şollar su kəmərinin mühafizəsi ilə bağlı işlər həyata keçiriləcək.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.

Belə ki, Vəlvələçay keçidində 1-ci Şollar su kəmərinin mühafizəsi tədbirləri ilə əlaqədar layihələndirmə və tikinti işləri aparılacaq.

Qurum sözügedən işlərin icrasının 3.305.583,56 manata başa gələcəyini ehtimal edir.

Qeyd edək ki, “Şollar-Bakı” su kəməri Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ildən çoxdur ki, Bakı əhalisini su ilə təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti