...

İran İsrailin hücumuna cavab vermək üçün bir neçə variant hazırlayıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2024 04:38 (UTC +04:00)

Bakı. Trend:

İranın İsrailin mümkün zərbəsinə reaksiyası onun şiddətindən asılı olacaq.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən bildirib.

Dörd İran rəsmisinin sözlərinə görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei hərbçilərə İsrailin hücumuna cavab vermək üçün çoxsaylı hərbi planlar hazırlamağı əmr edib.

Qeyd edilib ki, İranın cavabının əhatəliyi əsasən İsrailin hücumlarının şiddətindən asılı olacaq.

Bildirilib ki, İsrail hücumlarını raket və pilotsuz uçuş aparatlarının saxlandığı bir neçə hərbi baza və anbarla məhdudlaşdırsa, İran cavab verməyə də bilər.

Lakin İsrailin zərbəsi ciddi ziyana səbəb olarsa və çoxsaylı insan tələfatına səbəb olarsa, İran buna cavab verəcək.

Xəbər lenti

Xəbər lenti