Bakı. Trend:
Xaçmaz rayonunda növbəti ağacəkmə aksiyası Zəfər parkında təşkil olunub.
Trend xəbər verir ki, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri eləcədə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində Zəfər parkının ərazisinə 200-dən çox ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xaçmaz rayonu ərazisində yaşıllıqların artırılması məqsədilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.