...

Son 70 ildə ilk dəfə yeni şizofreniya dərmanı hazırlanıb

Cəmiyyət Materials 25 Oktyabr 2024 06:32 (UTC +04:00)

Bakı. Trend:

Son onilliklər ərzində şizofreniyanın müalicəsində əsasən eyni prinsip tətbiq olunurdu - dopamin reseptorlarını hədəf alan dərmanlar. Bu dərmanlar bəzi xəstələr üçün təsirli olsa da, digər hallarda ciddi əks təsirlərə səbəb olurdu. Lakin keçən ay ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş yeni bir antipsikotik dərman bu yanaşmanı dəyişdirə bilər.

Trend-in məlumatına görə, yeni dərman dopamin reseptorlarını deyil, muskarinik reseptorları hədəf alır və bu da daha fərqli təsir mexanizm ilə işləyir. Maraqlıdır ki, dərman, şizofreniya üzərində məqsədli aparılmayan araşdırma nəticəsində təsadüfi elmi tapıntı kimi ortaya çıxıb.

Məlumata görə, bu yeni dərman müalicəsi şizofreniya xəstələrinin həyatında əhəmiyyətli dəyişikliklər yarada bilər. Digər müalicələrin əks təsirləri ilə çətinlik çəkən xəstələr üçün bu, inqilabi dönüş nöqtəsi ola bilər. Hazırda yeni dərmanın təsir mexanizmləri, necə kəşf edildiyi və şizofreniya xəstələri üçün nə kimi dəyişikliklər yaradacağı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti