...

Bakıdakı yanğınla bağlı təcili tibbi yardıma müraciət olub? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 25 Oktyabr 2024 19:29 (UTC +04:00)
Bakıdakı yanğınla bağlı təcili tibbi yardıma müraciət olub? - RƏSMİ AÇIQLAMA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıdakı yanğınla bağlı indiyədək təcili tibbi yardım briqadasına müraciət daxil olmayıb.

Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25.10.2024-cü il tarixində saat 17:40 radələrində Nizami rayonu ərazisində obyektdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.

İndiyədək təcili ibbi yardım briqadasına müraciət daxil olmayıb", - məlumatda deyilir.

Qeyd edək ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib. Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Xəbər lenti

Xəbər lenti