Bakı. Trend:
BMT-nin İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində 22-23 oktyabr tarixlərində Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icrası ilə əlaqədar Fransanın milli hesabatı dinlənilib.
Trend xəbər verir ki, Fransa tərəfinin hesabatından sonra bir sıra təşkilatlar Fransada insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar irəli sürüblər.
BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini José Manuel Santos Pais Fransa tərəfinin verdiyi məlumatları darmadağın edən çıxış edib.
"2024-cü ilin may ayında isə, Numea sazişinin müddəalarına baxmayaraq, hansı ki, bu razılaşma konstitusiyaya əsaslanan və hakimiyyətin Fransadan Yeni Kaledoniyaya tədricən ötürülməsini nəzərdə tutan bir sənəddir – Milli Assambleya Yeni Kaledoniyanın seçici korpusunun genişləndirilməsi lehinə səs verdi. Bu dəyişikliklərə etiraz olaraq minlərlə kanak nümayişçisi səfərbər oldu və bu islahatların yerli xalqın nümayəndə institutları ilə əvvəlcədən sərbəst və məlumatlı şəkildə məsləhətləşilmədən həyata keçirildiyini tənqid etdi. Hakimiyyət orqanları tərəfindən kifayət qədər dialoq qurulmaması səbəbindən həmin tarixdən bəri şiddətli qarşıdurmalar baş verir. Fransız hökuməti asayişi bərpa etmək üçün böyük hərbi qüvvələr göndərdi, lakin bu prosesdə güc tətbiqinin həddindən artıq olması ilə bağlı çoxsaylı iddialar ortaya çıxdı, nəticədə Kanak nümayişçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında bir neçə nəfərin ölümü və çoxsaylı yaralanmalar qeydə alındı", - sədr müavini bildirib.
Onun sözlərinə görə, eyni zamanda "TikTok" sosial şəbəkəsi 14 gün müddətinə bloklandı.
"Komitəyə daxil olan məlumatlara görə, ən azı 11 nəfər güllələnərək öldürülüb, 169 nəfər yaralanıb, təxminən 1700 nümayişçi həbs olunub, onların bir qismi hətta Fransa metropoluna göndərilib. İnsan hüquqları müdafiəçilərinin, xüsusən də Kanak təşkilatlarından da həbslərin olduğuna dair iddialar var. Həmçinin, zorakılıq aktlarının və ictimai və şəxsi əmlaka zərər vurulmasının qeydə alınmasına baxmayaraq, nümayişlərə qarşı cavab repressiv xarakter daşıyıb. Qeydə alınan zorakılıq hallarının ciddiliyi, habelə ölən və yaralananların sayı xüsusilə narahatedicidir. Görünür ki, bu ərazilərdə baş verən zorakılıqlar Numea sazişində dəyişiklirlər və müstəmləkədən azad olma prosesində irəliləyişin olmaması ilə bağlıdır", - deyə o bildirib.
Sədr müavini qeyd edib ki, Fransanın hesabatına əsasən, komitənin nəticələri ünvanlandığı dövlət üçün məcburi xarakter daşımır, lakin hökumət bu nəticələri bacardığı qədər səmimi şəkildə həyata keçirir.
"Ebbadj və Fransa, Yaker və Fransa, hicabın qadağan edilməsi ilə bağlı 5-ci iş, Koşe və Fransa, , FIA işi və Məsud Naima və Fransa, (Hebbadj v. France, Yaker v. France, Cochet v. France) işlərinəə nəzər salsaq, bu hallarda verilmiş qərarların heç birinin icra olunmadığını görürük", - deyə o bildirib.
Daha sonra sədr müaviniYeni Kaledoniya ilə bağlı problemlərdən danışmağı təklif edib.
"Yeni Kaledoniya probleminin əsas səbəbi, 2024-cü ilin may ayında Fransada ortaya çıxan layihələrin nəticəsidir. Mən yalnız Marti layihəsindən danışacağam, çünki bu layihə Numea sazişinin tamamilə yenidən nəzərdən keçirilməsini nəzərdə tutur. Hazırda Yeni Kaledoniyada yatırılmış iğtitaşlarda əhalinin reaksiyası da məhz bu layihələrin nəticəsidir", - deyə o bildirib.
Fransız Polineziyası ilə bağlı bəzi məsələlərin dəqiqləşdirilməsinin lazım olduğunu qeyd edən sədr müavini qeyd edib ki, Fransa tərəfinin bu ərazinin qeyri-muxtar ərazilər siyahısında olmadığını bildirdiyini açıqladı.
"Lakin 2013-cü ildə BMT-nin qətnaməsi Fransız Polineziyasını yenidən həmin siyahıya daxil etmişdi. Burada aydınlaşdırılması vacib olan bir məqam var. Komitənin rəyinə gəldikdə isə bildirmək istəyirəm ki, sizin yanaşmanızla razı deyilik. Çünki biz inanırıq ki, protokolu könüllü ratifikasiya etmək müəyyən öhdəliklər gətirir. Bu öhdəliklər təkcə işlərin komitəyə təqdim olunması ilə bitmir; onların qurbanlar üçün praktiki nəticələri də olmalıdır. Əgər biz komitənin qərarlarını məcburi hesab etməsək, onda burda nə üçün olduğumuzu soruşmağa haqqımız var. Qeyd etmək istərdim ki, komitəmizdə ən azı üç hakim və bir prokuror var. Biz hər bir qərara Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində yanaşırıq. Bununla belə, bu məsələ ilə bağlı razılaşmadığımız üçün məhkəmə sistemi mövzusuna keçmək istəyirəm. Cavablarınızı diqqətlə dinlədim, amma hələ də bəzi suallarım qaldı. Axı mən bilmirəm ki, Fransa hakimlərinin – istər məhkəmə üzvləri, istərsə də prokurorların – verdiyiniz məlumatlarla tam razı olub-olmayacaqları barədə fikrim yoxdur", - deyə o bildirib.
Sədr müavini ədliyyə naziri haqqında cinayət və ya hüquq pozuntusu ilə bağlı ittihamların irəli sürülməsi məsələsə toxunub.
"Məlumata görə, onun Respublika Ədalət Məhkəməsinə verildiyini xatırladım. Bundan əlavə, mən hesab edirəm ki, bu Respublika Ali Məhkəməsi nazirlər üçün xüsusi bir qurumdur. Çox maraqlıdır ki, o, 15 üzvdən ibarətdir – 12-si parlament üzvü, 3-ü isə Kassasiya Məhkəməsinin hakimləridir. Bu isə o deməkdir ki, parlament üzvləri bir-birlərini mühakimə edirlər. İndi isə Ali Məhkəmə Şurasının tərkibinə nəzər salaq. Ali Məhkəmə Şurasının tərkibinə gəldikdə, həm Avropa Hakimlər Məsləhət Şurasının, həm də Avropa Prokurorlar Məsləhət Şurasının tövsiyələri aydındır: Şuranın tərkibində hakimlərin əksəriyyətinin təmsil olunması vacibdir. Başqa sosial qrupların da təmsil olunması şəffaflıq və korporativizm ittihamlarının qarşısını almaq üçün önəmlidir, lakin əsas məsələ qərəzsizlik və müstəqillikdir", - deyə o bildirib..
Sədr müavini Ali Məhkəmə Şurasının tərkibinə nəzər salıb.
"Ali Məhkəmə Şurasının tərkibinə gəldikdə, həm Avropa Hakimlər Məsləhət Şurasının, həm də Avropa Prokurorlar Məsləhət Şurasının tövsiyələri aydındır: Şuranın tərkibində hakimlərin əksəriyyətinin təmsil olunması vacibdir. Başqa sosial qrupların da təmsil olunması şəffaflıq və korporativizm ittihamlarının qarşısını almaq üçün önəmlidir, lakin əsas məsələ qərəzsizlik və müstəqillikdir.
Kəşfiyyat texnikalarına dair məlumatlar üçün sizə təşəkkür edirəm. Lakin son illərdə antiterror tədbirlərinin xeyli gücləndirildiyini də qeyd etmək istəyirəm. Halbuki cinayət işləri ilə bağlı statistik göstəricilər çox aşağıdır. Bu da bizi tədbirlərin proporsionallığı barədə düşünməyə vadar edir. Bildiyimə görə, terror aktlarının çoxu artıq Avropa səviyyəsindəki kəşfiyyat xidmətləri arasında əməkdaşlıq sayəsində qarşısı alınır. Bu səbəbdən, Fransadakı bu cür gücləndirilmiş tədbirlərin mövcud təhdidlərə uyğun olub-olmadığını bilmək istərdim. 2015-2016-cı illəri nəzərdə tutmuram, indiki vəziyyəti nəzərdə tuturam. Bu tədbirlər, qanunvericilik nəzarəti və hüquq-mühafizə fəaliyyətlərinin artırılması, indiki təhdidlər qarşısında zəruridirmi?", - deyə o əlavə edib.