...

Ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına yol verilməyəcək - Türkiyə hökuməti

Gündəm Materials 24 Oktyabr 2024 22:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik müşavirəsi keçirilib.

Trend-in məlumatına görə, Atatürk Hava Limanının Dövlət Qonaq Evində mətbuata qapalı şəraitdə təşkil olunan iclas 1 saat 15 dəqiqə davam edib.

İclasdan sonra verilən yazılı açıqlamada Türkiyə Aviasiya və Aerokosmik Sənaye Səhmdar Cəmiyyətinin (TUSAŞ) Ankaradakı müəssisəsində törədilən terror aktı, eləcə də terrorla mübarizdə atılan və atılacaq addımların müzakirə edildiyi bildirilir.

Açıqlamada terrorla mübarizə və terrordan təmizlənən Türkiyə üçün ciddi səylərin davam edəcəyi, ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcəyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti