Bakı. Trend:
ABŞ Venesuelada hakimiyyəti dəyişdirmək üçün hərbi gücdən istifadə etməyəcək
Trend-in Telemundo-ya istinadən verdiyi məlumata görə, ABŞ-ın vitse-prezidenti və Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harris bildirib ki, Vaşinqton Venesuelada hakimiyyət dəyişikliyinə nail olmaq üçün hərbi gücdən istifadə etməyi planlaşdırmır.
"Biz orada Amerika hərbi qüvvələrindən istifadə etməyəcəyik, lakin çox aydın şəkildə demək istəyirəm: Birləşmiş Ştatlar bu seçkilərdə xalqın iradəsinə hörmət etməli və möhkəm dayanmalıdır", - Harris Telemundo-ya verdiyi müsahibəsində deyib. "Xalqın iradəsi tanınmalıdır, buna görə də biz sanksiyalar tətbiq etdik", - o əlavə edib.
Kamala Harris, Venesuela prezidenti Nikolas Maduronun prezident seçkilərində məğlub olub-olmadığına inandığı sualına müsbət cavab verib.