...

Elm və Təhsil Nazirliyi COP29 tədbiri çərçivəsində bir neçə istiqaməti əhatə edir - Emin Əmrullayev

Cəmiyyət Materials 24 Oktyabr 2024 11:50 (UTC +04:00)
Elm və Təhsil Nazirliyi COP29 tədbiri çərçivəsində bir neçə istiqaməti əhatə edir - Emin Əmrullayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi olaraq COP29 tədbiri çərçivəsində bir neçə istiqaməti əhatə edirik.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bunlardan birincisi bu gün keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalıdır.

Nazir vurğulayıb ki, növbəti istiqamət qlobal əhəmiyyətə malik, COP29-un vacib miraslarından biri olacaq PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatlarında ilk dəfə olaraq ətraf mühit sağlamlığının ölçülməsi çərçivəsi Azərbaycan tərəfindən təklif olunub və aidiyyəti üzrə bu, bəyənilib.

“Noyabrın 18-də COP29 çərçivəsində Azərbaycanda keçiriləcək elm və təhsil nazirlərinin görüşündə növbəti PISA-larda oxu, riyaziyyat və təbiət elmləri ilə yanaşı, həmçinin ətraf mühit savadlılığının ölçülməsi bəşəriyyət üçün əlavə dəyər yaradacağına inanıram. Bütövlükdə insan davranışının dəyişilməsinə yönəlik təşəbbüslərdə iştirak etməkdən də olduqca məmnunuq", - deyə E.Əmrullayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti