...

AMB və DB Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması istiqamətində görülən işləri müzakirə edib

İqtisadiyyat Materials 24 Oktyabr 2024 11:58 (UTC +04:00)
AMB və DB Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması istiqamətində görülən işləri müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) və Dünya Bankı (DB) rəsmiləri ABŞ-də Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması istiqamətində görülən işləri müzakirə edib.

Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov X sosial şəbəkəsindəki hesabında bildirib.

O, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarının keçirildiyi ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfərin başlanıldığını bildirib:

“Səfər çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassani ilə görüşdük. Görüş zamanı Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması istiqamətində görülən işləri və əhatə olunacaq strateji istiqamətləri müzakirə etdik”.

“Görüşdə həmçinin DB tərəfindən həyata keçirilən layihələrin ölkəmizin inkişaf prioritetləri və planlarının reallaşdırılmasına verdiyi mühüm töhfəni vurğuladıq. Mərkəzi Bank və DB arasında əməkdaşlığın genişləndirilməsi imkanlarından da danışdıq”, - deyə tənzimləyici qurumun sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti