Bakı. Trend:
Türkiyənin Şanlıurfa vilayətində keçirilən silah qaçaqmalçılığı əməliyyatı zamanı 7 şübhəli saxlanılıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumatda, Jandarma Baş Komandanlığının koordinasiyası altında Vilayətin Jandarma Komandanlığı qrupları tərəfindən Şanlıurfa vilayətinin Viranşehir rayonunda müəyyən edilmiş 7 ünvanda əməliyyat keçirildiyi bildirilib.
Qeyd edək ki, əməliyyat zamanı 2 ədəd G-1 piyada avtomatı, 1 Kalaşnikov avtomatı, 2 piyada tüfəngi, 3 tapança, 3 ov tüfəngi, 14 ədəd daraq və 767 güllə ələ keçirilib.