...

Türkiyə ordusu əməliyyat keçirdi - 59 terrorçu zərərsizləşdirildi

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 18:19 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ordusu dünən axşamdan etibarən İraq və Suriyanın şimalında 47 terror hədəfinin vurulduğu hava əməliyyatlarında 59 terrorçunu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, İraq və Suriyanın şimalındakı terror hədəflərinə yönələn hava əməliyyatları nəticəsində dünən axşamdan indiyədək 47 hədəf uğurla məhv edilib.

Qeyd edilib ki, hava əməliyyatları zamanı maksimum dərəcədə yerli və milli sursatlardan istifadə edilərək, çox sayda terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti