...

Çilidə məktəbdə “Molotov kokteyli”nin partlaması nəticəsində 35 şagird xəsarət alıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 01:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çilinin Santyaqo şəhərindəki internat məktəbində “Molotov kokteyli”nin partlaması nəticəsində 35 şagird xəsarət alıb.

Trend-in verdiyi məlumata görə, hadisə məktəbin tualetində “Molotov kokteyli” hazırlayarkən baş verib. Ehtiyatsız davranma səbəbindən partlayış yaranıb, bu da yanğına yol açıb. Xəstəxanaya yerləşdirilən 11 şagirdin vəziyyəti ağırdır, onlardan 4-nün xəsarətləri həyati təhlükə yaradıcı olaraq qiymətləndirilir. Qurbanların yaşı 15-18 arasında dəyişir.

Səlahiyyətli orqanlar hadisə ilə bağlı araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti