...

“Vüqar Həşimov” İsveçrə klubunu məğlub edib

İdman Materials 24 Oktyabr 2024 00:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Vranyatske-Bane şəhərində şahmat üzrə Avropa kuboku davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycanın “Vüqar Həşimov” klubu 4-cü turda İsveçrənin “Rixen” komandası ilə qarşılaşıb.

Görüş təmsilçimizin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə rəqiblərini mat ediblər. Rauf Məmmədovla Vüqar Manafov yarımxalla kifayətlənsələr də, Ülvi Sadıxov xalsız qalıb. Bu turda Riad Səmədov istirahət edib.

Qeyd edək ki, 4 turdan sonra “Vüqar Həşimov” 6 xal toplayaraq 16-cı pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti