...

Türkiyə Silahlı Qüvvələrinin Livandakı xidmət müddəti uzadıldı

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 20:56 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Livandakı xidmət müddəti daha bir il müddətinə uzadılıb.

Trend xəbər verir ki,ölkə başçısının müvafiq qərarı Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti İşçi Qrupunun tərkibində xidmətə başlayıb. İcazənin müddəti hər il uzadılıb. Bu çərçivədə, son təklif 6 oktyabr 2023-cü ildə parlamentdə qəbul edilib. Sənədin müddəti oktyabrın 31-də başa çatır.

Livanda 92 türk əsgəri var. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 11 avqust 2006-cı il tarixli qərarına əsasən yaradılmış “beynəlxalq sülhməramlı qüvvələr”də 50-yə yaxın ölkədən 10 mindən çox əsgər xidmət edir.

Xəbər lenti

Xəbər lenti