Bakı. Trend:
18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması oktyabrın 24-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandamız oktyabrın 27-də Monteneqronun paytaxtı Podqoritsada hazırlığa start verəcək.
Noyabrın 1-dək davam edəcək toplanışda U-18 iki yoxlama oyununda qüvvəsini sınayacaq. Millimiz oktyabrın 29-da və 31-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.