Kazan. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRİCS sammiti çərçivəsində MDB ölkələrinin liderləri ilə qeyri-formal görüşü olub.
Trend xəbər verir ki, dövlət başçıları bir araya gələrək müzakirələr aparıblar.
Qeyd edək ki, bu gün Kazan şəhərində BRICS-ə üzv dövlətlərin dövlət başçılarının sammiti baş tutub.
BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.