...

Milli Məclisin sədri Ankarada törədilən terror aktı ilə əlaqədar TBMM-nin sədrinə başsağlığı verib

Siyasət Materials 23 Oktyabr 2024 22:22 (UTC +04:00)
Milli Məclisin sədri Ankarada törədilən terror aktı ilə əlaqədar TBMM-nin sədrinə başsağlığı verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Ankarada baş vermiş terror aktı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.

Trend-in məlumatına görə, Sahibə Qafarova TBMM sədrinə göndərdiyi məktubda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində baş verən terror aktında insanların həlak olması xəbərinin onu dərin kədərə boğduğunu və bu terror aktını qətiyyətlə pislədiyini bildirib.

Parlament sədri həlak olanların ailələrinə və yaxınlarına, eləcə də qardaş Türkiyə xalqına həm öz adından, həm də Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, yaralılara tezliklə şəfa arzulayıb.

Xəbər lenti

Xəbər lenti