...

Ərdoğan Ankaradakı terror aktına görə Kazan səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdır

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 23:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş vermiş terror hücumu ilə əlaqədar Kazan səfərini yarımçıq dayandıraraq, oktyabrın 24-ü səhər saatlarında ölkəsinə qayıdacaq.

Trend-in məlumatına görə, bu barədə "A Haber" telekanalı məlumat verib.

Bildirilib ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb.

TRT telekanalı isə Ərdoğanın Kazanda sammit münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmədiyini açıqlayıb.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal müəssisəsində baş vermiş terror aktında 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti