...

Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub

İdman Materials 24 Oktyabr 2024 01:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, turun ikinci günündə 9 matç baş tutub.

Günün mərkəzi qarşılaşması Barselonada keçirilib. Eyniadlı komanda “Bavariya”nı qəbul edib və böyükhesablı qələbə qazanıb. Rafinya het-trik edərək uğurda böyük pay sahibi olub.

İtkisiz irəliləyənlərin iştirakı ilə baş tutacaq qarşılaşma isə Fransada təşkil olunub. Hərəyə iki qələbəsi olan “Brest”lə “Bayer” üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Günün ən fərqli nəticəsi Mançesterdə qeydə alınıb. "Mançester Siti" "Sparta"nın qapısından 5 cavabsız top keçirib.

Qeyd edək ki, IV turun matçları noyabrın 5-6-da baş tutacaq.

Günün nəticələri:

20:45. “Atalanta” – “Seltik” - 0:0
20:45. “Brest” – “Bayer” - 1:1
23:00. “Atletiko” – “Lill” - 1:3
23:00. “Barselona” – “Bavariya” - 4:1
23:00. “Benfika” – “Feyenord” - 1:3
23:00. “Mançester Siti” – “Sparta” - 5:0
23:00. “Leypsiq” – “Liverpul” - 0:1
23:00. “Zalsburq” – “Dinamo” Z - 0:2
23:00. “Yanq Boyz” – “İnter” - 0:1

Xəbər lenti

Xəbər lenti