...

ABŞ və Böyük Britaniya Hudeydaya zərbələr endirib

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 03:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ştatlar və Böyük Britaniya, qiyamçı husilərin nəzarətində olan Yəmənin Hudeyda şəhərinə hücumlar həyata keçirib.

Trend xəbər verir ki, bu barədə Ənsar Allah hərəkatının nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata əsasən, koalisiya qüvvələri Hudeyda Beynəlxalq Hava Limanının ərazisinə ən azı iki zərbə endirib. Hava limanı 2015-ci ildən fəaliyyət göstərmir, lakin husilər onu hərbi obyekt kimi istifadə edə bilərdilər.

Hazırda hücumun nəticələri, eləcə də mümkün itkilər və qurbanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti