Bakı. Trend:
19 yaşadək futbolçular arasında Azərbaycan çempionu “Sabah” avrokuboklarda mübarizəyə başlayıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Bakı klubu UEFA Gənclər Liqasında ikinci mərhələnin ilk oyununa çıxıb.
Xorvatiyalı baş məşqçi Adino Mustedanagiçin yetirmələri “Bazel”lə qarşılaşıb. Avrokubok debütünü İsveçrədə gerçəkləşdirən təmsilçimiz uğursuzluğa düçar olub. "Sabah" ilk görüşdə 0:6 hesabı ilə uduzub.
Qeyd edək ki, komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda baş tutacaq.