...

Dünya çempionatı: Rəşad gümüşə sahib olub, Xasayın bürünc şansı

İdman Materials 23 Oktyabr 2024 21:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mundialın üçüncü günündə yunan-Roma güləşçiləri daha 5 çəkidə mükafatçıları müəyyənləşdirəcəklər.

Azərbaycan millisinin 2 idmançısı medal üçün mübarizə aparacaq.

U-23 dünya çempionatı
Yunan-Roma güləşi

55 kq
Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Rəşad Məmmədov final qarşılaşmasına çıxacaq. Onun rəqibi iranlı Ahmad Vafa olub. 3:11 hesabı ilə uduzan Məmmədov dünya ikincisi olub.

77 kq
Bürünc şansını qoruyan Xasay Həsənli təsəlliverici görüşdə belçikalı İbrahim Tabayavla güləşib. Görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həsənli 3-cü yer uğrunda görüşdə Temuri Orjonikidze (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə xalçaya çıxan güləşçilərimiz bir medal qazanıb. Yeganə uğura imza atan Nihat Quluzadə 60 kq çəkidə bürünc əldə edib.

Xəbər lenti

Xəbər lenti