Bakı. Trend:
İsrail ordusu, Livandan gün ərzində ümumilikdə 135 raket və mərmi atıldığını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Atəşlər Hizbullah şiə təşkilatının silahlı qüvvələri tərəfindən həyata keçirilib. Əsasən İsrailin şimal bölgələri hücuma məruz qalıb.
Bununla yanaşı, səhər və axşam saatlarında ölkənin mərkəzində də atəş açıldığı, hətta Təl-Əviv yaxınlığında hava hücumu sirenlərinin səsləndiyi bildirilib.
İsrailin mərkəzi hissəsinə ümumilikdə altı raket buraxılıb, onlardan dördü hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib.