...

Qazaxıstan "BRICS+" tərəfdaşlığı vasitəsilə enerji təhlükəsizliyini gücləndirməyi hədəfləyir - Tokayev

İqtisadiyyat Materials 24 Oktyabr 2024 14:41 (UTC +04:00)
Qazaxıstan "BRICS+" tərəfdaşlığı vasitəsilə enerji təhlükəsizliyini gücləndirməyi hədəfləyir - Tokayev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Kazan. Trend:

Qazaxıstan enerji təhlükəsizliyini gücləndirmək üçün "BRICS+" çərçivəsində etibarlı tərəfdaşlıqlar qurmağa çalışır.

Trend xəbər verir ki, bunu Kazanda keçirilən XVI BRİCS sammitinin "BRİCS+" formatında birinci plenar iclasında çıxış edərkən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

"Biz neft və qazın, eləcə də nadir faydalı qazıntıların hasilatı və emalı sahəsində mövcud layihələrin təşviqində və yeni layihələrin həyata keçirilməsində maraqlıyıq. BRİCS-in böyük potensialından su qıtlığı, həddindən artıq temperatur artımı və səhralaşma kimi iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq üçün də istifadə edilməlidir", - deyə o bildirib.

Onun sözlərinə görə, Qazaxıstan BRİCS-ə qlobal tərəqqinin hərəkətverici qüvvələrindən biri kimi baxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti