...

Dünya daha davamlı təchizat zəncirlərinə ehtiyac duyur - Hindistanın xarici işlər naziri

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 13:31 (UTC +04:00)
Dünya daha davamlı təchizat zəncirlərinə ehtiyac duyur - Hindistanın xarici işlər naziri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kazan. Trend:

Dünyaya daha dayanıqlı təchizat zəncirləri lazımdır.

Trend xəbər verir ki, bunu Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

"Biz bir paradoksla üzləşirik. Bu, hazırda böyük dəyişikliklərin baş verməsinə baxmayaraq, bəzi problemlərin daha da ciddiləşməsidir. Bir tərəfdən, bu, istehlakın davamlı diversifikasiyası ilə bağlıdır. Hal-hazırda müstəmləkə rejimindən müstəqil olan ölkələr sosial-iqtisadi irəliləyişlərini sürətləndiriblər. Yeni potensial və imkanlar ortaya çıxıb. İnsanlar üçün öz istedadlarını istifadə etmək üçün daha çox imkanlar yaranıb", - o bildirib.

Hindistan xarici işlər naziri hesab edir ki, indi real çoxqütblü dünyanın yaradılması barədə düşünmək lazımdır.

"Biz görürük ki, keçmişdə başlayan bir çox problemlər davam edir. İndi isə onlar yeni formalara və təzahürlərə malikdir. Müasir texnologiyaların və resursların idarə olunmasında bunu müşahidə edirik. Qlobalizasiyanın üstünlüklərinin çox qeyri-bərabər şəkildə bölüşdürüldüyünü etiraf edək. Bununla yanaşı, COVID-19 pandemiyası Qlobal Cənubun üzərinə düşən yükü daha da ağırlaşdırdı. Biz qida, təhlükəsizlik və səhiyyə sahələrində problemləri görürük. Biz dayanıqlı inkişaf məqsədlərinə nail olmağı bacarmaya bilərik. Biz vəziyyəti necə düzəldə bilərik? Dəyişikliklərin indiki zamanda kənarda qalanlara da fayda gətirməsi vacibdir. Daha ədalətli dünya nizamını necə təmin edə bilərik? Birincisi, müstəqil xarakter daşıyan platformaların gücləndirilməsi və genişləndirilməsi yolu ilə. Müxtəlif sahələrdə seçim imkanlarını artırmaqla və başqalarına olan həddindən artıq asılılığı minimuma endirməklə. İkincisi, artıq mövcud olan mexanizmləri və institutları islahat etməliyik", - o bildirib.

Üçüncüsü, Hindistanın xarici işlər naziri qeyd edib ki, istehsal mərkəzlərinin sayını artırmaq lazımdır.

"Biz xatırlamalıyıq ki, hər bir regionun tələblərini təmin etmək üçün daha dayanıqlı təchizat zəncirləri tələb olunur, hər bir regionda öz istehsal imkanları olmalıdır. Dördüncüsü, müstəmləkə dövrünün irsi olan qüsurları düzəltməliyik. Nəqliyyatın daha geniş birləşməsinə ehtiyacımız var ki, risklərlə daha yaxşı mübarizə apara bilək. Biz rəqəmsal infrastrukturu formalaşdırırıq, yeni ödəmə infrastrukturunu, interfeysləri yarada bilərik", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti