...

BRİCS çərçivəsində əməkdaşlıq qlobal problemlərin həllinə yönəlib - BƏƏ XİN

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 14:04 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Kazan. Trend:

BRİCS çərçivəsində əməkdaşlıq qlobal problemlərin həllinə yönəlib.

Trend xəbər verir ki, bunu Kazanda keçirilən XVI BRİCS sammitinin "BRICS+" formatında ilk plenar iclasında çıxış edərkən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdulla bin Zayed Al Nəhyan deyib.

"Bu gün biz BRİCS ölkələrindən olan dostlarımızla bir araya gəlirik və görürük ki, dünya iqtisadi səviyyəsindən və coğrafi mövqeyindən asılı olmayaraq hər bir dövlətə təsir edən görünməmiş çağırışlarla üz-üzədir. Mən qlobal iqtisadi dəyişikliklər, iqlim problemləri və enerji ilə bağlı məsələlərdən danışıram. BRİCS təşkilatı çərçivəsində əməkdaşlıq bu problemlərin həllinə yönəlib. Biz qarşılıqlı fəaliyyətimizin əsası kimi BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qətnamələrinin prinsiplərinə əməl etməliyik", - deyə o bildirib.

Onun sözlərinə görə, dost BRİCS ölkələri ilə ticarət, investisiya, davamlı inkişaf, nəqliyyat, ərzaq təhlükəsizliyi və bir çox digər sahələrdə əməkdaşlığın gücləndirilməsi BƏƏ üçün əsas sahədir.

"Dövlətimiz ümumi iqtisadi strategiyanın hazırlanması üçün tərəfdaşlarla əməkdaşlığın əhatə dairəsini genişləndirməyin zəruriliyinə qəti əmindir", - deyə XİN rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti