...

Dünya hazırda müxtəlif mövzularla bağlı çağırışlarla üzləşib - Ərdoğan

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 13:42 (UTC +04:00)
Dünya hazırda müxtəlif mövzularla bağlı çağırışlarla üzləşib - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Kazan. Trend:

Dünya hazırda müxtəlif mövzularla bağlı çağırışlarla üzləşib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

O qeyd edib ki, bu çağırışların həlli istiqamətində çoxtərəfli əməkdaşlıq vacibdir.

“Çoxtərəfli platformalarda bir araya gələrək, ortaq problemlərimizə həll yolu tapmaq əhəmiyyətlidir. BRİCS daha ədalətli bir dünya düzəninə töhfə verə bilər. Türkiyə olaraq qarşılıqlı hörmət çərçivəsində əlaqələrimiz olan BRİCS ailəsi ilə dialoqumuzu inkifaş etdirmək istəyirik.

Dünən Ankarada törədilən xain terror aktına görə başsağlığı verən bütün dostlarımıza həmrəyliklərinə görə təşəkkür edirəm. Bu alçaq hücum Türkiyənin terroru məhv etmək əzmini daha da gücləndirdi", - deyə o bildirib.

Qeyd edək ki, BRİKS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti