...

Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masa keçirilir (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2024 10:18 (UTC +04:00)
Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masa keçirilir (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 24-də Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masa keçirilir.

Trend xəbər verir ki, dəyirmi masada Azərbaycandakı mina qurbanları, həyata keçirilmiş layihələr və qarşıda duran vəzifələr müzakirə olunur.

Dəyirmi masada minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycan Respublikasının rəsmi qurumlarının nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Milli Məclis üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “YAŞAT” fondunun, Ombudsman Aparatının nümayəndələri, minadan zərərçəkənlər, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti