Bakı. Trend:
Paytaxtın Ramana ərazisində uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı məsələ ilə bağlı Trend-ə bildirib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.
Məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırmalara başlanılıb.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.