...

“Qarabağ” “Ayaks”la üz-üzə

İdman Materials 24 Oktyabr 2024 10:11 (UTC +04:00)
“Qarabağ” “Ayaks”la üz-üzə

Bakı. Trend:

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsində III turun matçını keçirəcək.

Təmsilçimiz “Ayaks”la üz-üzə gələcək. Niderland klubu ilə görüş Tofiiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İlk iki oyunda uduzan “Qarabağ” uğursuz seriyanı qırmağa çalışacaq.

Qeyd edək ki, bunadək “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 hesabı ilə uduzan Ağdam klubu növbəti matçını noyabrın 7-də keçirəcək. “Qarabağ” səfərdə “Bodo Qlimt”lə qarşılaşacaq.

Avropa Liqası
Liqa mərhələsi
III tur
24 oktyabr

20:45. “Qarabağ” – “Ayaks”
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər lenti

Xəbər lenti