...

Norveç NASAMS üçün yeni radar hazırlayacaq

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 07:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveç Müdafiə Nazirliyi Raytheon və Kongsberg Defence & Aerospace şirkətləri ilə birgə NASAMS zenit-raket sistemi üçün yeni radarın hazırlanacağını elan edib.

Trend “Defence News”-a istinadən xəbər verir ki, yeni radar Raytheon-un “GhostEye” texnologiyası əsasında yaradılacaq və təhlükəli hədəflərlə mübarizədə daha geniş diapazona malik olacaq. Bu radarın əsas üstünlüyü artırılmış məsafədə işləmək qabiliyyətidir.

Raytheon şirkətinin GhostEye proqramlarının icraçı direktoru bildirib: "Biz konkret performans məlumatlarını açıqlaya bilmərik, lakin radarın imkanları mövcud NASAMS sensor konfiqurasiyasını xeyli üstələyəcək. Bu irəliləyiş aktiv fazalı massiv antenası və qallium nitridi texnologiyası sayəsində mümkün olub."

Xəbər lenti

Xəbər lenti