Bakı. Trend:
Kubanın hakimiyyət orqanları ölkədə davam edən enerji böhranı və “Oskar” qasırğasının fəsadları səbəbindən işçilər, tələbələr və məktəblilər üçün məcburi istirahət günlərini uzatmaq qərarı verib.
Trend xəbər verir ki, bu barədə respublika hökumətinin sərəncamında bildirilir.
“Oskar” qasırğasının ölkənin şərq bölgəsinə vurduğu ziyanı aradan qaldırmaq və milli elektrik şəbəkəsinin bərpası üzrə səyləri davam etdirmək üçün Milli Təhlükəsizlik Şurası fövqəladə tədbirlərin müddətini 27 oktyabr 2024-cü il tarixinə qədər uzadıb. Bu tədbirlər, 20 oktyabrda qəbul edilmiş qərara əsasən, əmək fəaliyyəti və təhsil proseslərinə aiddir", - deyə hökumətin sərəncamında qeyd olunub.
Kuba prezidenti Migel Diaz-Kanel çərşənbə günü "Oskar" qasırğasından ən çox zərər çəkən şərq bölgəsindəki Quantanamo əyalətinə səfər edib. O, sosial şəbəkədə yazdığı açıqlamada "Zərərin miqyası qorxuludur, ancaq bu xalqın ruhu və möhkəmliyi onu dəf edə bilər. Siz tək deyilsiniz, bütün Kuba sizinlədir", - deyə qeyd edib.